Xəzər Xəbər

Həkimlərimiz niyə xarici ölkələrdə ixtisasartırmaya üstünlük verir? – EKSPERT RƏYİ VİDEO

Veb TV | 22:00 • 28 Fevral 2024
Həkimlərimiz niyə xarici ölkələrdə ixtisasartırmaya üstünlük verir? – EKSPERT RƏYİ

Tibb təhsili alan həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər.

Xezerxeber.az-ın xəbərinə görə, "Sağlamlığa xidmət" ictimai birliyinin sədri Pərvanə Vəliyeva deyir ki, həkimlər özlərini nə qədər inkişaf etdirsələr, təbii ki, bir o qədər faydalıdır.

Xaricdə müxtəlif kurslarda ixtisasartıma keçənlərin əksəriyyəti isə düşünür ki, pasientlər təcrübəsi olan, müxtəlif cür kurslardan keçmiş, uzmanlıq adını almış həkimlərə üz tuturlar.

Türkiyə İxtisasartıma ilə bağlı ən çox müraciət edilən ölkələrdən sayılır. Ekpsert bunu bir sıra səbəblərlə əlaqələndirir.

TƏBİB-in insan resusları departamentinin təlim və kariyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli bildirib ki, bu kimi kurslara cəlb edilmiş həkim- mütəxəssislər göstərdikləri xidmətin keyfiyyətinin artırılması ilə daha çox pasientə xidmət edirlər. bununla da əməkhaqqı qaydalarında nəzərdə tutulmuş əlavələrdən yararlana bilirlər.

Həmçinin qeyd olunub ki, ölkədə fəalliyyət göstərən tibb işçiləri beş ildən bir sertifikasiyaya cəlb olunurlar. Sertifikasiya şəhadətnaməsini almış əməkdaşların da tibbi-praktiki fəalliyyətlə məşğul olmasına icazə verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti