Xəzər Xəbər

Laçında azan əsgərimiz son telefon danışığında anasına NƏ DEYİB? VİDEO

Veb TV | 19:40 • 28 Fevral 2024
Laçında azan əsgərimiz son telefon danışığında anasına NƏ DEYİB?

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb.

Əsgər Ruslan Pənahov Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanılıb.

“Xəzər Xəbər”in əməkdaşları Şəmkirdə - əsgər Pənahovun evində olublar. Əsgərin anası oğlunun iyul ayında hərbi xidmətə yollandığını bildirib. Ana həmçinin oğlu ilə ən son dünən danışdığını və onun heç bir problemi olmadığını deyib

Nənəsinin sözlərinə görə, Ruslan son danışığında hava şəraitinin dumanlı və qarlı olması barədə ailəsinə məlumat verib.

Müdafiə nazirliyi hərbi qulluqçunun geri qaytarılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan nümayəndələri arasında olan razılığa əsasən əgər kimsə yolu azaraq qarşı tərəfə keçsə maksimum 2 günə qaytarılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar