Xəzər Xəbər

Gül bazarında bahalaşma var VİDEO

Veb TV | 23:42 • 27 Fevral 2024
Gül bazarında bahalaşma var

Bakının gül bazarında bahalaşma müşahidə edilir. Əvvəllər 3 manata satılan gül indi 4 -5 manata təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, paytax mağazalarında həm yerli, həm də xarici ölkələrdən idxal edilən müxtəlif çeşiddə gül təklif edilir.

Mağazalarda əvvəllər 30 manata satılan gül buketləri hazırda 50 manata təklif edilir.

Satıcılar deyir ki, qiymət artımı gülün yığılma formasından asılı olaraq da dəyişir.

Yerli güllərin Şəmkirdən və Qəbələdən gətirildiyini deyən digər bir satıcı da etiraf edir ki, son vaxtlar gül bazarında  bahalaşma var.

Qiymət artımı xarcdən gətirilən gül növlərində daha çox hiss olunur. Bazarda Ekvador və Keniyadan gətirilən gülllər isə üstünlük təşkil edir.

Alıcı qıtlığının yaşanmadığını deyən satıcılar ilin bütün fəsillərində və günlərində gülə tələbatın olduğunu bildirirlər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar