Xəzər Xəbər

Bakıda 15 yaşlı yeniyetmə qalmaqala səbəb oldu VİDEO

Veb TV | 20:23 • 27 Fevral 2024
Bakıda 15 yaşlı yeniyetmə qalmaqala səbəb oldu

Bakıda avtobus sürən və bunu videoya çəkərək paylaşan 15 yaşlı yeniyetmənin valideyni məsuliyyətə cəlb edilib.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər birmənalı olaraq bu addımı qınayıblar.

Avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayılan kimi Baş Dövlət Yol Polisi İdarəsi dərhal araşdırmaya başlayıb və həmin faktın Xəzər rayonu ərazisində qeydə alındığı aşkar ediblər.

Yol polisi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə xəbərdalıq da edib. Bildirilib ki, avtomobil idarə etməyi öyrətmək məqsədi ilə sükanın azyaşlıya həvalə edilməsi əksər hallarda faciəyə gətirib çıxarır.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən avtomobilin idarə edilməsinə görə sahibi İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti