Xəzər Xəbər

Sürücüyə əsassız cərimə yazılıb - Göygöl sakini narazıdır VİDEO

Veb TV | 19:34 • 27 Fevral 2024
Sürücüyə əsassız cərimə yazılıb - Göygöl sakini narazıdır

Göygöl sakini ona elektron qaydada tətbiq edilən cərimədən narazıdır. Şəxsi minik maşını ilə Göygöldən Bakıya gedərkən radara düşən şəxs ona cərimə protokolunun yanlışlıqla tərtib olunduğu iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, barəsində tərtib edilən protokolda videoqeyd yoxdur.

Sürücü deyir ki, cərimə edildiyi ərazidə qaydanı pozmadığına əmindir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev "Xəzər Xəbər"ə bildirib ki, cərimənin yazılması texniki səhv olub.

Sürücülər isə deyirlər ki, həmin ərazidəki sürətölçən qurğu yoxlanmalıdır, yoxsa digər sürücülər də belə problemlə üzləşə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar