Xəzər Xəbər

Üç ailəyə məxsus ferma yandı - Heyvanlar sığortalanmadığı üçün ailələr ÇƏTİN VƏZİYYƏTDƏ VİDEO

Veb TV | 22:00 • 26 Fevral 2024
Üç ailəyə məxsus ferma yandı - Heyvanlar sığortalanmadığı üçün ailələr ÇƏTİN VƏZİYYƏTDƏ

Tövlə yanıb, içərisindəki heyvanlar yanaraq tələf olub.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında Oğuzun Bayan kəndində, Fatma Həsrətova və iki oğluna məxsus heyvandarlıq təsərrüfatında baş verib. Tövlənin çardağına yığılan ot alışıb və nəticədə də güclü yanğın olub. 

Hadisə yerinə 3 yanğınsöndürən maşın və xeyli canlı qüvvə ilə cəlb edilib. Yanğının yaxınlıqdakı diğər tikililərə və evə keçməsinin qarşısı alınıb. Lakin sahəsi 260 kv.m olan tövlə içərisindəki iribuynuzlu heyvanlarla birlikdə külə dönüb.

Təsərrüfat və heyvanlar sığortalanmadığından ailə çətin vəziyyətə düşüblər.

Faktla bağlı araşdırma aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti