Xəzər Xəbər

Ayağına mismar batan uşaq düzgün müayinə olunmadığından səhhətində ciddi problem yaranıb - İDDİA VİDEO

Veb TV | 21:45 • 26 Fevral 2024
Ayağına mismar batan uşaq düzgün müayinə olunmadığından səhhətində ciddi problem yaranıb - İDDİA

Ayağına mismar batan 10 yaşlı uşaq müalicə olunsa da, sonradan səhhətində ciddi problem yaranıb.

Xezerxeber.az xəbər verir ki, Tərtər rayonunun Hüsənli kənd sakini Teymur Hüseynov övladının ayağında problem yaranmasına görə Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Vüsalə Məmmədovanı ittiham edir.

Onun dediyinə görə, övladının ayağına mismar batdığı üçün Xəstəxanaya müraciət edib. Vüsalə Məmmədova uşağı müayinə edib, müalicə yazıb. Ancaq uşağın ayağında bir neçə ay sonra irin və şiş əmələ gəlib.

Övladının ayağının sağalmadığını görən ata sonradan Bakıdakı klinikalara müraciət etdib. Həkimlər uşağın ayağının tezliklə əməliyyat edilməli olduğunu deyiblər.

Şikayətçinin sözlərinə görə, o uşağın səhhətində yaranmış problemlə bağlı ilkin müalicəsini aparmış Vüsalə Məmmədovaya məlumat versə də, şikayətlərinə önəm verilməyib.

Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani isə iddialarla razılaşmır.

O, "Xəzər Xəbər"ə uşağın vəziyyəti ilə bağlı bunları deyib.

Xəbər lenti

Çox oxunanlar