Xəzər Xəbər

Azərbaycanda növbəti erkən nikahın QARŞISI ALINDI VİDEO

Veb TV | 21:40 • 26 Fevral 2024
Azərbaycanda növbəti erkən nikahın QARŞISI ALINDI

16 yaşlı yetkinlik yaşına çatmayan qızın toyu təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, qonşuların verdiyi məlumata görə, erkən nikahın baş tutması oğlan evinin tez toy etmək istəyi ilə əlaqədar olub.

Qonşular onu da deyir ki, qızın ailəsi ehtiyyat edib ki, əgər qızın 18 yaşına çatmasını gözləsələr, oğlan başqasıyla evlənə bilər.

16 yaşlı qızın toy mərasiminin baş tutacağı barədə məlumat Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadəyə də daxil olub.

Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, yetkinlik yaşına çatmayan qızın atası ilə əlaqə yaradılıb və söhbət aparılıb.

İclasda hər iki tərəflə profilaktik söhbət aparılıb, qanuni izahatlar verilib və tərəflərin yazılı  izahatları götürülərək erkən evlilik faktının qarşısı alınıb. Yetkinlik yaşına çatmayan qızın 18 yaşı tamam olana qədər Komissiya tərəfindən profilaktik nəzarətə götürülüb. Həmçinin, toy mərasimi keçiriləcək məkanla əlaqə yaradılıb və toyun keçirilməməsi barədə xəbərdarlıq olunub. Eyni zamanda Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrinin təqdim edilməsinə göstəriş verilib.

Daxili İşlər Nazirliyindən də “Xəzər Xəbər”ə təsdiqlədilər ki, toyun qarşısı alınıb, zəruri araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar