Xəzər Xəbər

Şeyxdən dini abidələrlə bağlı MÜHÜM AÇIQLAMA VİDEO

Veb TV | 21:30 • 26 Fevral 2024
Şeyxdən dini abidələrlə bağlı MÜHÜM AÇIQLAMA

İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi davam edir.

Xezerxeber.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyxülislam qeyd edib ki, Qarabağda bütün milli-mədəni irsimiz bərpa edilir.

"İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış kilsələr də var. Onlar erməni işğalçıları tərəfindən amansızlıqla məhv edilib”,-  deyən Allahşükür Paşazadə kilsələrdə görülən işləri də xüsusi vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti