Xəzər Xəbər

Sağlamlıqlarına təhlükə yaranan uşaqlar valideynlərdən alınacaq VİDEO

Veb TV | 21:46 • 23 Fevral 2024
Sağlamlıqlarına təhlükə yaranan uşaqlar valideynlərdən alınacaq

Uşaqları sağlamlıqlarına təhlükə törədən valideyndən almaq dövlətin vəzifələri sırasına daxil edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, millət vəkili Rəşad Mahmudov deyib ki, qanun layihəsi xüsusilə məişət zorakılığına məruz qalmış şəxslərin hüquqlarının daha yüksək səviyyədə qorunması məqsədi daşıyır.

Təklik edilən dəyişikliyə əsasən, dövlət məişət zorakılığının qarşısının alınması üzrə bu qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etməlidir.

Bunan başqa, məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar da sərtləşdirilir, inzibati həbs də tətbiq edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar