Xəzər Xəbər

Dələduzluğun yeni növü YAYILIB VİDEO

Veb TV | 14:00 • 23 Fevral 2024
Dələduzluğun yeni növü YAYILIB

Dələduzluğun yeni növü yayılıb.

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu barədə paylaşımlar ediblər. Belə ki, onlara şəxsi nömrələrdən mesajlar gəlir.

Bu mesajlar mobil şəbəkə və ya hansısa bankın adından yazılır. Məğzində isə banka müəyyən məbləğdə borcun yarandığı və ya nömrə balansının üçüncü şəxs tərəfindən artırıldığı qeyd olunur. Daha sonra isə zəng vurub səhvən kontur yüklədiklərini deyir və bu vasitə ilə ayrı-ayrı şəxslərdən pul tələb edirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov deyir ki, bu, primitiv dələduzluq növü olsa da, aldananlar az deyil. Belə şəxslərin qurbanı olmamaq üçün gələn mesajların dəqiqliyini yoxlamaq lazımdır.

Mütəxəssisin sözlərinə görə, bu tip dələduzlar şrift və yazı tərzini də provayderlərə oxşadırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də bu barədə vətəndaşlara çağırış edib.

Texnologiya dövründə dələduzluq hallarının artması təəccübləndirici deyil. Amma bu məsələlərə ayıq-sayıq yanaşmaq və bu barədə maarifləndirici xarakterli materialların yayılması vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti