Xəzər Xəbər

Zaqatalada 5 xarici dil bilən “FENOMEN” MƏKTƏBLİ VİDEO

Veb TV | 22:00 • 22 Fevral 2024
Zaqatalada 5 xarici dil bilən “FENOMEN” MƏKTƏBLİ

Alman, İngilis, Fransız, Rus və Ərəb dili.... 10-cu sinif şagirdi Çingiz Cingözov bu dillərdə sərbəst danışır yazır.

Xezerxeber.az xəbər verir ki, Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil alan Çingiz  hələ uşaq vaxtlarından xarici dillərə  böyük maraq  göstərib. Avropa ölkələrinin birində təhsil almaq isə arzusudur.

Çingiz bildirir ki, bu dilləri öyrənmək üçün sadəcə istək və əzm kifayət edir.

Çingiz hələ 7-8 yaşından ingilis dilində səlist danışmağa başlayıb. Məktəbdə keçirilən tədbirlərdə və fənn olimpiadalarında daim fəal iştirak edib.

Müəllimlərin bildiridiyinə görə, Çingizin qeyri adi bacarığı hələ uşaq yaşlarından özünü biruzə verib.

Çingiz ümid edir ki, gələcəkdə dillərini öyrəndiyi ölkələrin hamısına səyahət edə biləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar