Xəzər Xəbər

Qanunsuz parklanma yaradıldı, komitə dərhal HƏRƏKƏTƏ KEÇDİ VİDEO

Veb TV | 21:40 • 22 Fevral 2024
Qanunsuz parklanma yaradıldı, komitə dərhal HƏRƏKƏTƏ KEÇDİ

Səki zəbt edilib, qanunsuz parklanma yaradılıb.

Xezerxeber.az xəbər verir ki, Bakının Yasamal rayon Zivərbəy Əhmədbəyov küçəsindəki səkidən keçən  piyadaların hərəkəti çətinləşib. Üstəlik sürücülər maşınları səkidə park etdiklərindən piyadalar yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə çıxırlar.

Avtomobilini səkinin üzərində park edən bəzi sürüclər  isə özlərinə belə haqq qazandırır.

Sürücülərin parkinqə görə, pul ödəyirik dediyi şəxsi axtardıq. Lakin onun ərazidə olmadığını dedilər .
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə bildirib ki, sözügedən ünvanda yol boyunca piyada səkisinin tutulması ilə bağlı məsələ nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar