Xəzər Xəbər

Erkən pensiyaya çıxmaqla bağlı YENİ DETALLAR VİDEO

Veb TV | 21:00 • 22 Fevral 2024
Erkən pensiyaya çıxmaqla bağlı YENİ DETALLAR

Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləndirilib.

Xezerxeber.az xəbər verir ki, güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib.

Bəs söhbət hansı peşələrdən gedir?

Nazirliyin məlumatına görə, 2022-ci ildə "Əmək pensiyaları haqqında" Qanunda edilmiş əlavə və dəyişikliklər zərərli və ağır işlərdə çalışan şəxslərə pensiya yaşına çatdıqda daha erkən pensiya hüququ verilməsi şərtlərini xeyli yumşaldıb. Kişilərdən 12 il 6 ay, qadınlardan 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda müvafiq pensiya kapitalı olduqda 25 il staj tələbi aradan qaldırılıb.

Eyni zamanda pensiya kapitalı hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti göstəricisi də azaldılıb ki, bu da onlara hesablanan pensiya məbləğinin orta hesabla 42-62 faiz artması ilə nəticələnib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar