Xəzər Xəbər

Qərbi Azərbaycanın mühacirətdə hökumətinin formalaşdırılmasına BAŞLANA BİLƏR VİDEO

Veb TV | 20:10 • 22 Fevral 2024
Qərbi Azərbaycanın mühacirətdə hökumətinin formalaşdırılmasına BAŞLANA BİLƏR

Ermənistan danışıqlar prosesində qeyri-səmimi yanaşmasını bir daha sübut edir. Belə ki, 2023-cü ilin sentyabr əməliyyatından sonra Qarabağdakı separatçı rejimin ləğvi elan olunsa da, Ermənistanda separatçıların təşkilatlanması və fəallaşması indi nədənsə daha çox gündəmə gəlir.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyir ki, son hadisələr Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatlarına ziddir. Əgər Nikol Paşınyan bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, dərhal öz ərazisində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçıların fəaliyyətinə son qoymalıdır. Əks halda, Azərbaycan buna qarşı biganə qalmaz.

20 fevral tarixində - Qarabağda separatçı hərəkatın başlamasının ildönümü günü dırnaqarası rejimin nümayənləri yenidən üzə çıxıb.

Politoloq deyir ki, əslində Ermənistan hökuməti Qərbi Azərbaycan məsələsində proseslərdən bir qədər çəkinir. Çünkü bu gün qərbi Azərbaycan mövzusu artıq beynəlxalq müstəviyə də çıxıb.

İrəvanda qondarma rejimin dırnaqarası nümayəndəliyinin saxlanılması, əlbəttə, səbri daşırmaya bilməz. Ermənistanın mediası isə məlumat yayır ki, keçmiş separatçı rejimin dırnaqarası "nümayəndələri" gizli olaraq Ermənistan parlamentinin fraksiyaları və siyasətçiləri ilə çoxsaylı görüşlər keçirir. Bütün bunların fonunda Azərbaycan tərəfindən növbəti addım atıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar