Xəzər Xəbər

Bu görüntüdən sonra kolbasa alarkən bir neçə dəfə fikirləşməli olacaqsınız ŞOK FAKTLAR/FOTO-VİDEO

Veb TV | 10:20 • 22 Fevral 2024
Bu görüntüdən sonra kolbasa alarkən bir neçə dəfə fikirləşməli olacaqsınız

İstehlak bazarında həm yerli, həm də ayrı-ayrı ölkələrdən idxal edilmiş və müxtəlif qiymətə kolbasalar satılır.

Xezerxeber.az-ın məlumatına görə, bəzən marketlər və bazarlarda satılan kolbasaların etiketlərinin üzərində yazılanla tərkibinin uyğun olmadığının şahidi oluruq. 

Bu hal isə istehsalla bağlı tələblərin düzgün yerinə yetirilməməsi ilə yanaşı, istehlakçı hüququnun pozulması və onların aldadılmasıdır. 

Xəzər Televiziyasında yayımlanan “Xəbər Ertəsi” verilişində bir neçə adda kolbasanın keyfiyyətinin yoxlanması prosesi keçirilib.

Qida eksperti Məhsəti Hüseynovanın apardığı yoxlama nəticəsində insan sağlamlığı üçün ziyanlı ola biləcək faktlar ortaya çıxıb.

Eyni zamanda, məlum olub ki, kolbasaların tərkibində bir tikə də olsun ət yoxdur.

Bu məhsulların ətdən deyil, dəridən hazırlandığı aşkarlanıb. Məhsəti Hüseynova deyib ki, kolbasanın tərkibinə bir sıra ziyanlı inqridentlərlə yanaşı, insan orqanizmində xərçəng xəstəliyinə səbəb ola biləcək kimyəvi maddə də qatılır.

Onun sözlərinə görə, bu maddə bir çox hallarda kolbasaların etiketlərinin üZərində qeyd olunmur. 

Xezerxeber.az insanı dəhşətə gətirəcək daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar