Xəzər Xəbər

Özəl klinikalarda həkim qəbulu NİYƏ BAHADIR? VİDEO

Veb TV | 15:45 • 21 Fevral 2024
Özəl klinikalarda həkim qəbulu NİYƏ BAHADIR?

Özəl xəstəxanalarda həkim qəbuluna girməzdən əvvəl ödəniş tələb olunur. Yəni xidmətdən razı qalsan da, qalmasan da həmin məbləği ödəməlisən. Qiymətlərdən isə əksəriyyət razı deyil.

Elə sorğu apardığımız vətəndaşların bir çoxu da özəl klinikalarda həkim qəbulunun baha olduğunu deyir.

Tibb üzrə ekspert Rasif Bağırov deyir ki, həkim qəbulunun məbləğini həkimlər fərdi olaraq müəyyənləşdirirlər.

Tibb üzrə ekspert Adil Qeybulla isə vurğulayır ki, özəl tibb müəssisələrində qiymətləri bazar və iqtisadi münasibətlər tənzimləyir. Yəni buna kimsə müdaxilə edə bilmir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu sahədə qiymətlərin tənzimlənməsi nazirliyin səlahiyyətlərinə aid deyil.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti