Xəzər Xəbər

Cinayət törədən yeniyetmələrin sayı ARTIB VİDEO

Veb TV | 15:35 • 21 Fevral 2024
Cinayət törədən yeniyetmələrin sayı ARTIB

Cinayət törədən yeniyetmələrin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, xüsusilə 14-17 yaşlı məktəblilər arasında belə hadisələr çoxalıb. Bəs bu vəziyyətin səbəbləri nələrdir?

Xezerxeber.az-ın xəbərinə görə, sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, uşaqlar arasında aqressiv davranışları formalaşdıran amillər müxtəlifdir. Son illər xoşagəlməz hadisələrin sosial şəbəkələrdə paylaşılması, şiddət ehtiva edən internet oyunları belə səbəblər sırasındadır. Digər bir məsələ isə valideyn tərbiyəsi və nizam-intizamıdır.

Sosioloq deyir ki, uşaqların bu cür davranışları kompleks şəkildə həll olunmalıdır.

Klinik psixoloq Rövşən Nəcəfovun fikrincə isə uşaq “gördüyünü götürür”.

Psixoloq bildirir ki, uşaq və yeniyetmələrdə ən kiçik davranış pozuntusu müşahidə edən valideynlər mütəxəssis yardımı almaqdan çəkinməməlidirlər. Əks halda onlar potensial cinayətkar olaraq böyüyüb cəmiyyətə qarışa və qarşısıalınmaz hadisələrə səbəb ola bilərlər.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar