Xəzər Xəbər

Sağlamlıq imkanları məhdud uşaqların təhsil prosesi necə keçir? VİDEO

Veb TV | 22:02 • 20 Fevral 2024
Sağlamlıq imkanları məhdud uşaqların təhsil prosesi necə keçir?

“Xəzər Xəbər”in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 5 nömrəli respublika xüsusi internat məktəbində olub.

Məktəbdə çalışan 61 müəllimdən 41-i görmə qabiliyyətini itirmiş şəxslərdir. Amma bu, onların şagirdləri öyrətməyinə mane olmur.

5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində hazırda 300-dən çox şagird təhsil alır. Şagirdlər burada fənn bilikləri ilə yanaşı, digər bacarıqları da öyrənirlər.

Bir sözlə, təhsildə məhdudiyyət yoxdur. Oxumaq, öyrənmək hamı üçün əlçatandır. Əsas odur məqsəd, həvəs, istək olsun...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar