Xəzər Xəbər

Atanın qızına işgəncə verdiyi video niyə 4 il sonra yayılıb? – TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:15 • 20 Fevral 2024
Atanın qızına işgəncə verdiyi video niyə 4 il sonra yayılıb? – TƏFƏRRÜAT

Bakıda atanın öz azyaşlı övladına şiddət göstərməsi görüntüləri də yayılıb.

Xezerxeber.az xəbər verir ki, artıq polis hərəkətə keçib və qızın atasını saxlayıb.

Hadisə Xəzər rayonu, Türkan qəsəbəsi Yenikənd küçəsindəki evlərdən birində baş verib.

Görüntülər yeni yayılsa da, 4 il bundan əvvəl çəkildiyi məlum olub.

Bildirilir ki, həmin şəxsin 3 qız övladı var.

Uşaqların babası müsahibə verməkdən imtina etsə də, bildirdi ki, qızının ailəsində mütəmadi olaraq bu kimi hallar baş verirmiş. Atanın sözlərinə görə, onlar bir neçə ildir ailədaxili münaqişələrin düzələcəyinə ümid etsələr də, bu, baş verməyib. Ən son 3 gün əvvəl onların arasında dava baş verib.

Görüntülər də bundan sonra ictimailəşdirilib.

Video paylaşıldıqdan dərhal sonra polis azyaşlı qızını döyməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlayıb, ekspertiza təyin edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qızına fiziki şiddət göstərən ata müəyyən edilib və saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Hüquqşunaslar isə bildirir ki, qızını döyən ataya cinayət hadisəsinin xarakteri, ağırlığı və hansı şəraitdə törədilməsindən asılı olaraq cəza təyin edilə bilər.

Həmin şəxs işin ağırlığından asılı olaraq, 2 ilədək müddətə islah işlərinə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırıla bilər. Həmçinin ataya 2 il və ya ağırlaşdırıcı bəndlərə əsasən, 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası da verilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar