Xəzər Xəbər

Qeyri-etik görüntüləri yayılan qızla bağlı hadisənin bütün detalları MƏLUM OLDU VİDEO

Veb TV | 21:00 • 20 Fevral 2024
Qeyri-etik görüntüləri yayılan qızla bağlı hadisənin bütün detalları MƏLUM OLDU

11-ci sinif şagirdi özündən 1 yaş balaca qızı təhqir edir, alçaldır, saçını kəsir, başına yumurta çırpır.

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan bu görüntülər ciddi müzakirələrə səbəb oldu.

Paytaxtın 156 nömrəli tam orta məktəbinin  şagidi, həm qonuşusu həmdə qohumuna qarşı bu hərəkətləri niyə  edib ? Niyə zərərçəkən qız ona qarşı edilənlərə sakit qalıb?

Artıq zərərçəkən qızın nənəsi baş verənlərlə bağlı  "Xəzər Xəbər"ə danışıb.

Həmçinin qonşuların sözünə görə, uşağın atası  əksər vaxtlarda  işdə olur. Məlum olub ki, ailə də hadisədən yeni xəbər tutub.

156 nömrəli tam orta məktəbinin direktoru Gülər İsmayılova qarşı tərəfin yəni zorakılıq edən 11-ci sinif şagirdinin bunu zarafat məqsədilə etdiyini deyir. Direktorun bu açıqlaması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Övladını bu məktəbə yollayan valideynləri bir sual maraqlandırır. Həmin şagird məktəbdən uzaqlaşdırlacaqmı?

Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğu müəyyən edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti