Xəzər Xəbər

İsmayıllının yeni avtovağzalında sərnişinlər niyə saatlarla gözləməli olur? VİDEO

Veb TV | 20:05 • 20 Fevral 2024
İsmayıllının yeni avtovağzalında sərnişinlər niyə saatlarla gözləməli olur?

Ismayıllıda yeni avtovağzal tikilib istifadəyə verilib, amma fəaliyyəti sakinləri qane etmir.

Xezerxeber.az xəbər verir ki, əvvəllər sıxlıq yaşanan bu məkanda indi tək-tük sərnişin və böyük ümidlə sərnişin gözləyən sürücülər gözə dəyirlər.

Sakinlərin sözünə görə, Bakı şəhəri və digər istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələri qrafikə uyğun işləyə bilmir. Gün ərzində iki-üç, bəzən isə bütün reyslər birləşdirilərək Bakıya tək bir avtobus yola düşə bilir.

Bu qrafik isə sərnişinləri qane etmir.

Mövcud vəziyyət sürücüləri də qane etmir. Onların sözünə görə, avtobus sayı az olduğundan sərnişinlər tez getmək üçün avtovağzaldan kənar fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə edirlər.

Rayon avtovağzalının nümayəndəsi də mövcud qrafikin sərnişinləri qane etmədiyini təsdiqləyir.

Sakinlər isə deyir ki, saatlarla avtobus gözləməmələri üçün avtovağzal rəhbərliyi fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar