Xəzər Xəbər

Bakıda yol ayrıcında park edilən avtomobil hərəkət iştirakçılarına çətinlik yaradıb VİDEO

Veb TV | 21:48 • 19 Fevral 2024
Bakıda yol ayrıcında park edilən avtomobil hərəkət iştirakçılarına çətinlik yaradıb

Sürücü yol ayrıcında avtomobilini park edib. Hətta bu azmış kimi, maşını burada qoyaraq ərazini tərk edib.

Xezerxeber.az-ın məlumatına görə, həmin avtomobil saatlarla həmin yerdə qalır.

Yoldan istifadə edən sakinlər bildirir ki, avtomobil uzun müddətdir burdadır və maşının belə park edilməsini düzgün hesab etmirlər.

Yoldan istifadə edən sürücülər də maşının bu şəkildə park edilməsinin onlara təhlükə yaratdığını bildirir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, avtomobilin bu şəkildə parkinqi qanuna uyğun deyil.

Qeyd edək ki, çəkilimizdən sonra Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin nəqliyyat vasitəsi barəsində qanuna müvafiq tədbir görülüb və o ərazidən götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024