Xəzər Xəbər

Ev telefonlarından istifadə edənlərin sayı azalır VİDEO

Veb TV | 21:16 • 19 Fevral 2024
Ev telefonlarından istifadə edənlərin sayı azalır

Azərbaycanda stasionar telefonlardan istifadə edənlərin sayı azalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2021-ci ildə 1 milyon 377 min 200, 2022-ci ildə isə 1 milyon 339 min 900 olub.

Bu isə 1  il ərzində 37 mindən çox azalma deməkdir.

Xezerxeber.az-ın məlumatına görə, ev telefonlarından istifadə edənlərin  sayı azalsa da,  internet  istifadəçilərinin  sayı artıb. Ölkə üzrə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 2021-cı ildə 86,7,  2022-ci ildə isə 88,1 təşkil edib.

Vətəndaşlar ev telefonundan istifadəyə marağın azalmasını mobil telefonlarda görüntülü, səs imkanlarının geniş olması ilə əlaqələndirirlər.

Qeyd edək ki, abonent ev telefonuna görə borcunu  ödəmədikdə bağlanmış  müqaviləyə  3 ay sonra xitam verilir. Bununla yanaşı, abonentə əlavə 2 ay möhlət  hüququ verilir. Bu müddət ərzində də ödəniş olunmasa, umumilikdə 5  aydan sonra müqavilə tamamilə qüvvədən düşmüş sayılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024