Xəzər Xəbər

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb VİDEO

Veb TV | 21:00 • 19 Fevral 2024
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. 

Xezerxeber.az xəbər verir ki, fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Fevralın 19-da Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşləri olub.

Fevralın 19-da həmçinin Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Sonra Azərbaycan-Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024