Xəzər Xəbər

Ramana yolunda dayanacaq pavilyonları quraşdırılmayıb VİDEO

Veb TV | 20:39 • 19 Fevral 2024
Ramana yolunda dayanacaq pavilyonları quraşdırılmayıb

Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələrində pavilyonlar yoxdur. Bu isə istər küləkdə, yağışda, istərsə də günəşli havada avtobus gözləyən sərnişinlərin narahatlığına səbəb olur. Bəs ərazidə bu vəziyyətin yaranmasına səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, dayanacaq pavilyonlarının olmaması həm yayda, həm də qışda onlar üçün ciddi problemlər yaradır.

Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə ödəniş terminallarının olmaması da hər gün ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün ciddi çətinlik yaradır.

Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələlərində pavilyonların quraşdırılmaması səkilərin ensiz, bir çox yerlərdə ümumiyyətlə olmaması ilə bağlıdır. Bu səbəbdən qeyd olunan yol üzərində tərəfimizdən pavilyonlar deyil, dayanacaq nişanı qoyulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar