Xəzər Xəbər

Avtomobil idarə edərkən ara məsafəsinə diqqət edilməlidir VİDEO

Veb TV | 20:23 • 19 Fevral 2024
Avtomobil idarə edərkən ara məsafəsinə diqqət edilməlidir

Bəzi sürücülər avtomobil idarə edərkən kifayət qədər ara məsafəsi saxlamır, nəticədə zəncirvari qəzalar baş verir.

Xezerxeber.az-ın məlumatına görə, müşahidələr göstərir ki, son zamanlar bir çox yol qəzaları məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin məlumatına görə, ara məsafəsi elə seçilməlidir ki, nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını almaq mümkün olsun.

Qurumdan o da bildirilib ki, ara məsafəsinin saxlanılmaması səbəbindən 2023-cü ildə 72 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 40 nəfər həyatını itirib, 65 nəfər isə xəsarət alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar