Xəzər Xəbər

Ermənsitan qonşularına qarşı siyasətini dəyişməsə, çətin vəziyyətə düşəcək VİDEO

Veb TV | 20:06 • 19 Fevral 2024
Ermənsitan qonşularına qarşı siyasətini dəyişməsə, çətin vəziyyətə düşəcək

Əvvəllər Münxendə "Kokeyşın büro"deyərək beynəlxalq ictimayyəti aldatmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də əsassız iddialar səsləndirib.

Xezerxeber.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Nikol Paşinyan beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirir.

Ermənistan baş nazirinin "Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi" fikrinə gəldikdə isə, XİN rəsmisi diqqətə çatdırıb ki, Nikol Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirib.

Ayxan Hacızadə Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsasının olmadığını da vurğulayıb.

Mövzu ilə bağlı danışan türkiyəli ekspert Abdullah Ağar deyir ki, Ermənistan həm konstitusiyasını, həm də gerbini dəyşməlidir. Çünki bu ölkənin gerbində "Ağrı dağının" simvolu əks olunub.

Onun sözlərinə görə, Ermənsitan öz qonşularına qarşı ərazi iddialarını açıq və gizli  formada davam etdirir.

Ekspert əlavə edib ki, Ermənsitan siyasətini dəyişməsə, özünü daha çətin vəziyyətə salacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar