Xəzər Xəbər

Simsiz rabitə qurğularının yerləşdirilməsi ilə bağlı standartlar varmı? VİDEO

Veb TV | 15:00 • 19 Fevral 2024
Simsiz rabitə qurğularının yerləşdirilməsi ilə bağlı standartlar varmı?

Bəzi ərazilərdə simsiz rabitə qurğuları yaşayış evlərinə yaxın yerləşdirilir.

Bəs bunun üçün hansı standartlar var? Belə qurğuların ətrafda yaşayan insanlara hansı mənfi təsirləri ola bilər?

Xezerxeber.az-ın xəbərinə görə, informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, ötürücü stansiyaların quraşdırılması üçün beynəlxalq standartlar mövcuddur. Yəni bu cür qurğular əsasən şəhər kənarlarında, məskunlaşmanın az olduğu ərazilərdə yerləşməlidir.

Mütəxəss bildirir ki, radiobaza stansiyaları müəyyən məsafədə şüalanma sahəsi yaradır. Ona görə də, ötürücü kifayət qədər hündür yerdə quraşıdırlmalııdr.

Həkim onkoloq Niyazi Eminov isə deyir ki, ötürücü stansiyaların yaşayış sahələrinə yaxın quraşıdırlması insan sağlamlığı üçün təhlükəlidir.

Həkim bildirir ki, hətta yüksək gərginlikli elektrik naqilləri də xərçəng əmələ gəlmə risqini artrır.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti