Xəzər Xəbər

Xəzərdə suyun səviyyəsinin enməsi hansı fəsadlar yarada bilər? VİDEO

Veb TV | 14:50 • 19 Fevral 2024
Xəzərdə suyun səviyyəsinin enməsi hansı fəsadlar yarada bilər?

Xəzər dənizinin səviyyəsi 2 metrə qədər azalıb.

Bu sözləri “Xəbər ertəsi”nə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, Xəzər dənizinin səviyyə tərəddüdləri haqqında verilən əvvəlki proqnozlar özünü doğrultmayıb. Burada əsas diqqət edilməli məqam dəniz hövzəsində baş verən proseslərdir. 

Coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, suyun həcminin azalması təhlükəli maddələrin toplanmasına yol açır. Bu hal həmçinin başqa təhlükələrin yaranmasını da qaçılmaz edir.

Səid Səfərov sözügedən məsələ ilə bağlı tədqiqatların aparıldığını da qeyd edib.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti