Xəzər Xəbər

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır VİDEO

Veb TV | 21:00 • 18 Fevral 2024
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır

Prezident İlham Əliyevin bu il də Münxen Təhlükəsizlik Konfransında iştirakı, keçirdiyi görüşlər dövlət başçısının və ölkənin beynəlxalq nüfuzundan xəbər verir.

Xezerxeber.az xəbər verir ki, bunu politoloq Fikrət Sadıqov deyir.

Politoloqun sözlərinə görə, maraq və istək onunla izah oluna bilər ki, Azərbaycan uğurlu və milli maraqlara əsaslanan xarici siyasəti ilə fərqlənir. Azərbaycan həm də etibarlı tərəfdaşdır.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin 3 ABŞ rəsmisi ilə görüşü xüsusi diqqət çəkir. Bu, ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.

Politoloq deyir ki, Azərbaycan dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən,  qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.

Bu nüfuzun formalaşmasının da əhəmiyyətli tarixçəsi  var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. Bu il keçiriləcək COP29 da dünyanın gündəliyində dayanan və ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar