Xəzər Xəbər

Qızılcanın sürətlə yayılmasının səbəbi nədir? – ARAŞDIRMA VİDEO

Veb TV | 22:00 • 18 Fevral 2024
Qızılcanın sürətlə yayılmasının səbəbi nədir? – ARAŞDIRMA

Hər gün ölkəmizdə qızılcaya yoluxma baş verir və biz vaxtaşırı bu xəstəlikdən ölüm hallarına da rast gəlirik. Qızılca hazırda milli yox, ümumbəşəri bir problemə çevrilib. Bütün ölkələr bu xəstəliklə mübarizə aparır. İstər yaşlı, istərsə də körpə ölümləri ilə bağlı xəbərlər gəlir. 

Böyük bir bəlaya çevrilən qızılca ilə bağlı insanların  tərəddüt, qorxu və narahatlığı  da çoxdur.

Bu xəstəliyin bu cür yayılmasına səbəb nədir?, nə baş verdi ki, bu bəla birdən -birə bu cür sürətlə yayılmağa başladı?

Alimlərin fikrincə, bütün bunlar  bağırsaq və  həzm sistemində yaşayan bakteriya, göbələk və viruslar ilə əlaqəlidir. "British Columbia" Universiteti və Kanadadakı Uşaq Xəstəxanasının alimləri bağırsaq mikrobiomunun xüsusiyyətləri və erkən həyat təsirlərinin ümumi allergiyanın inkişafı ilə əlaqəli olduğunu aşkarlayıblar.

Tədqiqatda, doğumdan beş yaşına qədər 1115 uşağın klinik qiymətləndirmələri araşdırılıb. Bu uşaqların təxminən yarısında heç bir allergiya dəlili tapılmayıb, lakin 592 nəfərə həkim tərəfindən bir və ya bir neçə allergik xəstəlik diaqnozu qoyulub. Üç aylıq və bir yaşındakı uşaqların bağırsaq nümunələrini araşdıran tədqiqatçılar, beş yaşına qədər uşaqlarda allergiya ilə əlaqəli bakteriyaların izini tapıblar. Və bu  bağırsağın selikli qişasının zədələnməsinə və bağırsaqda artan iltihab reaksiyasına səbəb olur.

Məqalənin aparıcı müəllifi Kortni Hoskinson deyib ki,  adətən vücudumuz milyonlarla bakteriyaya dözür. Bədən bunun üçün immun hüceyrələri arasında güclü maneə yaradır , iltihab siqnallarını məhdudlaşdırır. Körpələrdə xəstəlik  əmələ gəlməzdən əvvəl məhz bu mexanizmlərdə geniş yayılmış pozulma vəziyyəti aşkarlanıb.

Pediatriya kafedrasının professoru və tədqiqatın baş müəllifi Stuart Turvey  isə bildirib ki,  balanssızlığa səbəb olan problem körpənin necə doğulduğu, harada yaşadığı , antibiotic kimi dərmanlara məruz qalma və digər amillərlə də əlaqələndirilə bilər. Yəni, həyatın ilk ilində antibiotik istifadəsi kimi amillər  belə daha sonra bəzi  pozğunluqlara səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar