Xəzər Xəbər

Keyfiyyətli təmir üçün nələrə diqqət etmək lazımdır? – QIZIL QAYDA VİDEO

Veb TV | 20:40 • 18 Fevral 2024
Keyfiyyətli təmir üçün nələrə diqqət etmək lazımdır? – QIZIL QAYDA

Yeni təmir olunmuş mənzillərlə bağlı təmir problemləri tez-tez gündəmə gəlir. Sözsüz ki, burada digər nöqsanlar da qaçılmaz olur.

Xezerxeber.az-ın xəbərinə görə, Memar Muxtar Ərturan deyir ki, vətəndaşlar belə hallarla üzləşməmək üçün mütləq təmirə başlamazdan əvvəl uyğun vaxt seçməlidirlər. Onun sözlərinə görə, təmir işlərinin fəsilə uyğun aparılması daha məqsədəuyğundur.

Muxtar Ərturan bildirib ki, təmir zamanı müyyən işlər var ki, onların qış aylarında görülməsi mümkündür.

Təmir işlərini tez yekunlaşdırmaq məqsədilə mənzilin daxilində divarları qurutmaq üçün hətta qızdırıcı vasitələrdən istifadə olunur ki, bu da yolverilməzdir.

Memar əlavə edib ki, bütün bunlarla yanaşı təmir üçün lazım olan inşaat materiallarının keyfiyyətli olması da önəmli amillərdən biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar