Xəzər Xəbər

Martda bayram günlərini Azərbaycanda və xarici ölkələrdə keçirmək neçəyə başa gəlir? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:30 • 18 Fevral 2024
Martda bayram günlərini Azərbaycanda və xarici ölkələrdə keçirmək neçəyə başa gəlir?  - ARAŞDIRMA

Novruz bayramı tətilinə sayılı günlər qalıb.

Xezerxeber.az xəbər verir ki, bayramla əlaqədar ardıcıl 7 gün qeyri iş günü olacaq. İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb.

Tətili bölgələrdə keçirtmək istəyənlər indidən yerləri rezerv edib.

Turizm şirkətinin nümayəndəsi Fariz Bəşirov deyir ki, qiymətlər ötən ilə nisbətən bahalaşıb.

Onun sözlərinə görə, otellər üçün qiymətlər fərqlidir. Hələlik standart paketlər təklif edilsə də, bayramqabağı qiymət artacaq. Bayramı xaricdə keçirtmək istəyənlər isə indidən rezerv ediblər.

Turizmçilər deyir ki, bu il xaricə üz tutanların sayında artım var. Buna səbəb bəzi loukosterlərin Azərbaycandan uçuş həyata keçirməsidir. Əvvəlcədən bilet bron edənlər 200 manata Roma, Budapeşt və digə yerlərə səyahət edə biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar