Xəzər Xəbər

Kürdəxanı və Zabrat qəsəbələrinin küçələrini su basıb VİDEO

Veb TV | 20:39 • 17 Fevral 2024
Kürdəxanı və Zabrat qəsəbələrinin küçələrini su basıb

Bakının Kürdəxanı qəsəbəsinin sakinləri yağış sularından sikayətçidirlər. Sakinlər iddia edirlər ki, hər dəfə yağış yağanda küçələri su basır. Zabrat qəsəbəsinin sakinləri də  analoji problemlə üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, hər dəfə yağış  yağanda küçələr keçilməz  olur.

Sakinlər iddia edirlər ki, burda illərdir eyni vəziyyət hökm sürür.

Sakinlər problemlə bağlı aidiyyatı qurumlara müraciət  etsələr də, nəticəsi olmayıb.

Zabrat qəsəbəsində də eyni vəziyyət hökm sürür. Sakinlərin iddiasına görə, illərdir ki, yağış yağanda küçədə gölməçələr yaranır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki,  sözügedən ərazilərdə kanalizasiya infrastrukturu yoxdur. Ona görə də qurumun edəcəyi bir  iş yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə zənglərimizə  cavab verən tapılmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar