Xəzər Xəbər

Münxendə İlham Əliyevin Olaf Şolts və Nikol Paşinyan ilə görüşləri olub VİDEO

Veb TV | 21:08 • 17 Fevral 2024
Münxendə İlham Əliyevin Olaf Şolts və Nikol Paşinyan ilə görüşləri olub

Münxendə Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsla görüşü olub.

Xezerxeber.az-ın məlumatına görə, Olaf Şoltsun təşəbbüsü ilə baş tutan görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.

Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Prezident İlham Əliyevin Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşü olub. Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

Sonra Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olub.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.

Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti