Xəzər Xəbər

Aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana cəlb edilməsinə ehtiyac var VİDEO

Veb TV | 19:50 • 17 Fevral 2024
Aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana cəlb edilməsinə ehtiyac var

Aşağıbüdcəli aviaşirkətləri cəlb etməklə regionlardakı hava limanlarını inkişaf etdirmək olar.

Xezerxeber.az-ın məlumatına görə, bunu turizm üzrə ekspert Elgün Babayev deyib.

Onun sözlərinə görə, regionlardakı beynəlxalq hava limanlarına loukosterlərin uçuşunu təşkil etmək lazımdır. Burada biletlərin ucuz olması regionların inkişafı üçün də əlverişlidir. Hazırda Gəncə Beynəlxalq Hava Limanında bu cür uçuşlar var.

Ekspertin sözlərinə görə, bu cəhətdən işğaldan azad edilmiş ərazilərdə tikilən hava limanlarının perspektivi daha çoxdur.

Qeyd edək ki, hazırda ölkə ərazisində ümumilikdə 8 beynəlxalq hava limanı var. Onların da bəziləri fəaliyyətini dayandırıb. Digərləri isə ölkədaxili uçuşlar yerinə yetirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti