Xəzər Xəbər

Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üçün heç bir vasitəçi lazım deyil VİDEO

Veb TV | 20:06 • 17 Fevral 2024
Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üçün heç bir vasitəçi lazım deyil

Özünü və missiyasını doğrultmayan təşkilatlar yarıtmaz fəaliyyətini dayandırmalıdırlar.

Münxen Təhlükəsizlik Konfransının xüsusilə bu məsələ ilə gündəmdədir. ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməli və qurumun büdcəsi də daha məqsədyönlü və vacib layihələrə istiqamətlənməlidir.

Konfransın digər mühüm elementi tədbirin Azərbaycanın yeni dövr üzrə müəyyən etdiyi prioritetlərin reallaşması istiqamətində əlavə imkanlar platformasına çevrilməsi oldu. Dünya bilməlidir ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üçün heç bir vasitəçi lazım deyil.

Prezident İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışından da göründüyü kimi, yeni dövr üçün Azərbaycanın bu istiqamətdə yol xəritəsi kifayət qədər aydındır. Azərbaycan bu məsələdə qlobal spekulyasiyalara meydan verməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar