Xəzər Xəbər

Azərbaycanda iqtisadi artımın yüksələcəyi proqnozlaşdırılır VİDEO

Veb TV | 20:23 • 17 Fevral 2024
Azərbaycanda iqtisadi artımın yüksələcəyi proqnozlaşdırılır

Bu il ölkədə iqtisadi artımın 2,8%-ə yüksələcəyi proqnozlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Agentlik həmçinin Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, "BB+" reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Bu reytinqin yüksək olması ölkəyə investorların cəlb edilməsində önəmli rol oynayır.

Agentlik həmçinin bildirib ki, neftin qiymətlərinin enməsinə baxmayaraq, 2024-25-ci illərdə ölkədə profisitlərin güclü qalacağı gözlənilir. Ötən il xarici valyuta aktivlər 69,8 milyard dollara çatıb. Bunun da 80 faizi Dövlət Neft Fondunun payına düşüb.

Ümumilikdə, bu il inflyasiyanın 4,5%-ə qədər azalacağı proqnozlaşdırılıb.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar