Xəzər Xəbər

Yas mərasimində qızılcaya yoluxan bacı və qardaşdan biri ÖLDÜ VİDEO

Veb TV | 21:45 • 16 Fevral 2024
Yas mərasimində qızılcaya yoluxan bacı və qardaşdan biri ÖLDÜ

Kəndə yas məclisinə getdilər, qızılcaya yoluxdular...

Xezerxeber.az xəbər verir ki, 14 yaşlı məktəbli qız bu xəstəlikdən vəfat edib, 16 yaşlı qardaşının isə hazırda müalicəsi davam etdirilir.

Əslən Ağdaş rayonundan olan İbrahimovlar ailəsi Bakıda yaşayır. Onlar fevral ayının 5-i ailəvi Ağdaşın Sadavat kəndinə - babalarının yas mərasiminə gəliblər. Elə qızılcaya da orada yoluxduqları bildirilir.

14 yaşlı Nuray İbrahimovanın vəziyəti ağır olduğundan Bakıya xəstəxanaya gətirilib. Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi olan Nuray göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.

Qeyd edək ki, TƏBİB qızılcadan vəfat edən Nuray İbrahimova ilə bağlı açıqlama yayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar