Xəzər Xəbər

Ötən il yol qəzalarında daha çox insanın öldüyü MƏLUM OLDU VİDEO

Veb TV | 20:35 • 16 Fevral 2024
Ötən il yol qəzalarında daha çox insanın öldüyü MƏLUM OLDU

Yol-nəqliyyat hadisələrinin sayı azalsa da, ölənlərin sayında artım müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, ötən il baş verən qəzaların sayı 2022-ci illə müqayisədə təxminən 1,9 faiz azdır. 2022-ci ildə 1668 hadisə baş vermişdisə, ötən il bu rəqəm 1636 olub. Ölənlərin sayı isə əksinə, təxminən 3,4% artıb. 2022-ci ildə yol-nəqliyyat hadisələrində ölənlər 834 nəfər idisə, ötən il bu rəqəm 862 nəfərə yüksəlib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hadisələrin azalmasına baxmayaraq ölüm sayının artması qəzaların ağır olması ilə əlaqədardır. Bunun da əsas səbəblərindən biri ölkə ərazisindəki yolların təhlükəli olmasıdır.

Ərşad Hüseynov bildirir ki, 2018-ci ildə "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"ı qəbul edilib.

Lakin proqram hələ də icra olunmayıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti