Xəzər Xəbər

Azərbaycan dövləti qarşıya YENİ HƏDƏFLƏR QOYUB VİDEO

Veb TV | 22:00 • 16 Fevral 2024
Azərbaycan dövləti qarşıya YENİ HƏDƏFLƏR QOYUB

Böyük iqtisadi potensiala malik Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə Azərbaycanın ən inkişaf etmiş bölgələrdindən birinə çeviriləcək.

Xezerxeber.az xəbər verir ki, Ermənistanın viran qoyduğu ərazilərdə qısa müddət ərzində iri layihələrin icrası, genişmiqyaslı bərpa-quruculuq işləri və minlərlə sakinin öz yurd-yuvasına geri dönməsini yeni dövr üçün uğrlu başlanğıc hesab etmək olar.

2024-cü ildə 20-dən çox yaşayış məntəqəsinə keçmiş köçkünlərin dönüşü nəzərdə tutulur ki, bu da Qarabağ və Şərqi Zəngəzurda miqyası ölçüyəgəlməz işlərin görüldüyündən xəbər verir.

Politoloq Tural İsmayılov deyir ki, bu il də işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atılacaq. Bütün işlərin paralel şəkildə aparılması Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərə nə qədər həssas yanaşdığını göstərir.

Bölgədə iki hava limanının istifadəyə verilməsi, xəstəxanalar, məktəblər, idman, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpünün inşası Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda inkişafını sürətləndirəcək. Qarşıdakı illərdə də yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin əvvəlki siması bərpa ediləcək.

Politoloqun sözlərinə görə, bütün bu işlərlə Azərbaycan həm də dünyaya quruculuq nümunəsi göstərir.

Politoloq onu da əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası Azərbaycanın bu prosesdə nə qədər mükəmməl sistem formalaşdırdığının əyani sübutudur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti