Xəzər Xəbər

Ərazidə qanunsuz obyekt tikilir – SAKİNLƏR ŞİKAYƏTÇİDİR VİDEO

Veb TV | 20:20 • 16 Fevral 2024
Ərazidə qanunsuz obyekt tikilir – SAKİNLƏR ŞİKAYƏTÇİDİR

Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir.

Xezerxeber.az xəbər verir ki, görüntülər Paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır.

Şikayətçilərin sözünə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar.

Məsələni sakinlər də təsdiqlədilər.

Sözügedən obyektin sahiblərindən biri olduğunu deyən Etibar Qəhrəmanov iddialara cavab olaraq "Xəzər Xəbər"ə bildirdi ki, onların bütün lazımi sənədləri mövcuddur. Artırılma məsələsinə gəldikdə isə bu iddiaların yalan olduğunu, heç bir qanunsuz artırmadan söhbət getmədiyini deyib. 

Məsələyə Nizami Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar