Xəzər Xəbər

Yevlaxda ev yararsız vəziyyətə düşüb, ailəyə çadır qurulub VİDEO

Veb TV | 12:09 • 16 Fevral 2024
Yevlaxda ev yararsız vəziyyətə düşüb, ailəyə çadır qurulub

Fövqəladə Hallar Nazirliyinə Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar