Xəzər Xəbər

Müəllimlərin maaşına əlavələrlə bağlı fərqli yanaşmanın tətbiqi təklif edilir VİDEO

Veb TV | 20:22 • 15 Fevral 2024
Müəllimlərin maaşına əlavələrlə bağlı fərqli yanaşmanın tətbiqi təklif edilir

Azərbaycanda 2 min manatdan yüksək əməkhaqqı alan məktəb direktorları var. 

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, hazırda 156 məktəb direktoru 2000 manatdan yüksək əməkhaqqı alır. 456 direktorun aylıq maaşı isə 1500-2000 AZN aralığındadır.

Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir. Maaşına əlavələr edilən direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64 % -ni təşkil edir. Hazırda ölkə üzrə 897 direktor isə 1000 manatdan yüksək əməkhaqqı alır.

Təhsil eksperti Rizvan Fikrətoğlu deyib ki, direktorlardan başqa, sertifikatlaşdırmadan keçən 32 minə yaxın müəllimin də əməkhaqqına əlavələr tətbiq olunub. O, bu cür yanaşmanın ciddi müsbət tərəflərinin olduğunu bildirir.

Ekspert qeyd edib ki, sertifkasiyadan keçən müəllimlərin əməkhaqqı topladıqları bala uyğun olaraq 10-35 faiz arası artırılır. Əgər müəllim sertkasiya imtahanından 30-50 arasında bal toplayıbsa, onun əməkhaqqına 10%, 51-60 aralığında bal toplayıbsa, 35 % əlavə tətbiq edilir.

Təhsil ekspertinin sertifikasiyadan keçən müəllimlərin maaşına əlavələrlə bağlı təklifi də var.

Ekspert hesab edir ki, müəllimlərin maaşının sertifkasiya ilə artırılması  və ucqar kəndlərdə dərs deyən müəllimlərə xüsusi yanaşmanın tətbiqi təhsilin inkişafı baxımından vacib amillərdəndir. Bütün bunlar təhsilə savadlı müəllimlərin cəlbi, müasir düşüncəli, innovativ yanaşma metodu olan kontingentin formalaşması baxımından olduqca önəmlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti