Xəzər Xəbər

Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb VİDEO

Veb TV | 21:30 • 15 Fevral 2024
Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Xezerxeber.az-ın xəbərinə görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki,  ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə olmaqla internet vasitəsilə aparılacaq. 

 Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçiriləcək.

Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.

II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.

Xanlar Xanlarzadə deyib ki, qəbul imtahanlarında heç bir dəyişiklik yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar