Xəzər Xəbər

Sərnişinlərə ŞAD XƏBƏR: marşrut xətlərinə 250-dən çox yeni avtobus buraxılacaq VİDEO

Veb TV | 19:33 • 15 Fevral 2024
Sərnişinlərə ŞAD XƏBƏR: marşrut xətlərinə 250-dən çox yeni avtobus buraxılacaq

Bakıdakı bir sıra marşrut avtobusları sərnişinlərin narazılığına səbəb olur. Çünki müntəzəm marşrut xətlərindəki avtobusların bir hissəsi texniki baxımdan köhnəlib. Bir müddət əvvəl sərnişin avtobusunun yaşayış evinin damına düşməsi, avtobuslarda baş verən yanğın və texniki nasazlıq kimi hallar mövcud vəziyyətin ciddiliyini bir daha göstərir. Bundan da ən çox əziyyət çəkənlər sərnişinlərdir.

Xezerxeber.az-ın məlumatına görə, artıq bu cür problemlərin həlli üçün işlərə başlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, paytaxtdakı hazırkı sərnişindaşıma səviyyəsi qurumu da qane etmir. Bu səbəbdən də yaxın vaxtlarda xətlərə 250-dən çox yeni avtobus buraxılacaq.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yeniliklərdən biri elektriklə işləyən müasir avtobusların istismara verilməsidir. Ətraf mühitə zərər vurmayan ekoloji avtobusların ölkəyə gətirilməsi də əsas prioritetlərdəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar