Xəzər Xəbər

Qadın minaaxtaranlar uğurlu əməliyyat aparırlar VİDEO

Veb TV | 20:38 • 15 Fevral 2024
Qadın minaaxtaranlar uğurlu əməliyyat aparırlar

Qadınlardan ibarət minaaxtaran qruplar Ağdam ərazisində xeyli sahədə minatəmizləmə əməliyyatı aparıblar. Onların bu sahədəki təcrübələri də gündən -günə artır.

“Xəzər Xəbər” onların fəaliyyətini yərində çəkib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın qadınlardan ibarət iki minaaxtaran komandası hazırda Ağdam rayonunun Nəmirli kəndi ərazisini minalardan təmizləyir.

Ərazidə ümumilikdə 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri, onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərir.

Qeyd edək ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən beynəlxalq  tərəfdaşlarının dəstəyi ilə  həyata keçirilir.

Fondun prezidenti Umud Mirzəyev deyib ki, tarixi torpaqlarımıza insanların qayıtması üçün ərazilər təmizlənməlidir.

Qeyd olunub ki, qadın minaaxtaranlar Nəmirli kəndi ərazisində hazırda 17 hektar ərazidə minatəmizləmə işləri aparır. Növbəti mərhələdə bu ərazi təmizləndikdən sonra digər ərazilərdə də qadın minaaxtaranlar tərəfindən təmizləmə işləri davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar