Xəzər Xəbər

Gənclər məşğulluq mərkəzlərindən yararlana bilirlərmi? VİDEO

Veb TV | 13:00 • 15 Fevral 2024
Gənclər məşğulluq mərkəzlərindən yararlana bilirlərmi?

İş tapmaqda çətinlik çəkənlər sonda məşğulluq mərkəzlərinə üz tuturlar. Bunun üçün isə əvvəlcə qeydiyyata düşməlisən.

Bəs gənclər, xüsusilə də, bölgədə yaşayanlar həmin mərkəzlərdən yararlana bilirlərmi? Onlara hansı işlər təklif olunur?

Xezerxeber.az-ın xəbərinə görə, Tovuz sakini Yaşar Paşayev deyir ki, bir neçə ildir, məşğulluq üçün müraciət etsə də, hələ də istəyi təmin olunmayıb.

Kamran Qasımov da 2021-ci ilin əvvəlində avadanlıq üçün quruma müraciət edib, ancaq müsbət cavab almadığını deyir.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirir ki, quruma müraciət edən şəxslər ilkin olaraq iş axtaran kimi qeydiyyata alınırlar. 5  iş günü ərzində vətəndaşa uyğun iş olmasa və ya hansısa vakansiyadan imtina gələrsə, ona işsiz statusu verilir. Burada həm də növbəlilik prinsipinə əməl olunur. Proses eyni zamanda karyera məsləhətçisi tərəfindən idarə edilir.

Qurum nümayəndəsi qeyd edib ki işsiz şəxslər həm regionlardakı, həm də paytaxtdakı məşğulluq filiallarına və Dost mərkəzlərinə müraciət edə bilərlər.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti