Xəzər Xəbər

Rəsmi qurumlar ölkədə şok yaradan hadisə ilə bağlı NƏ DEYİR? VİDEO

Veb TV | 21:40 • 14 Fevral 2024
Rəsmi qurumlar ölkədə şok yaradan hadisə ilə bağlı NƏ DEYİR?

Paytaxtda baş verən qandoduran cinayətdə qətlə yetirilənlər Suraxanı rayonundakı qəbristanlıqda dəfn ediliblər.

Xezerxeber.az xəbər verir ki, baş verən cinayət əməli ilə bağlı iddialar isə bitib-tükənmək bilmir. Gün ərzində hadisənin motivi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Yayılan iddialara görə, saxlanılan şəxs Əhməd Əhmədovun ciddi psixoloji problemi olub. Müxtəlif vaxtlarda psixiatriya mərkəzində qeydiyata düşməsi və  orada müalicə alması bildirilir. Hətta bəzi qohumlarının dediyinə görə, o ailəsindən ayrı yaşayıb. Üstəlik onun sürücülük vəsiqəsinin olması və taksi fəaliyyəti ilə məşğul olduğu da deyilir. Bundan başqa, onun daha əvvəldə adam bıçaqlamaqla bağlı cinayət əməlinin olduğu da yazılıb. Olduqca böyük səslənən bütün bu iddialar özündə bir sıra sualları da yaradır.

Yaranan bu suallara aydınlıq gətirmək üçün rəsmi qurumlarla əlaqə saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti